U-19 Macarıstana da uduzdu

U-19 Macarıstana da uduzdu

Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, Macaristan millisi ilə oyun rəqib komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Mehrac Baxşəli fərqlənib.

U-19 turnirdə son oyununu sentyabrın 7-də monteneqrolu yaşıdlarına qarşı keçirəcək.

Qeyd edək ki, millimiz ilk oyununu sentyabrın 3-də Serbiyaya qarşı keçirmiş və 1:2 hesabı ilə uduzmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər