Toğrul Erat oynadı, "Fortuna" uduzdu

Toğrul Erat oynadı, "Fortuna" uduzdu

Almaniya ikinci Bundesliqasında 25-ci turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.

Düsseldorf klubu səfərdə "Leypsiq"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Toğrul görüşün 46-cı dəqiqəsindən etibarən meydanda olub.

Qeyd edək ki, "Fortuna" hazırda 36 xalla 7-ci pillədə qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər