Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. Fanat.az xəbər verir ki, bu gün qalan 10 komanda üz-üzə gəlib.
Almaniyanın “Şalke” klubu doğma azarkeşlər önündə Yunanıstan PAOK-nu qəbul edir. Almanlar rəqibini Yunanıstan təmsilçisi ilə sülh bağlamağa məcbur qalıb.
Digər bir oyun isə Xorvatiyada keçirilib. Burada yerli “Dinamo” Avstriyanın eyni adlı klubunu qəbul edib. Avstriyalılar 90 dəqiqənin sonunda qələbəni bayram etməyi bacarıb.
Bundan başqa Bolqarıstanın “Ludogorets” klubu İsveçrə “Bazel”ni sınağa çıkib və görüş qonaqların qələbəsi ilə başa çatıb. ”Styaua” (Rumıniya) isə “Legia”nı (Polşa) öz meydanında qəbul edib və matç 1:1 hesabı ilə yekunlaşıb..
Azərbaycanlı azarkeşlərin də maraqla izlədiyi “Fənərbaxça” isə doğma azarkeşlər önündə İngiltərənin “Arsenal” klubun qəbul edib. Ersun Yanalın başçılıq etdiyi komanda nəinki qələbə qazanıb, heç rəqib qapısından bir top da keçirə bilməyib.
Çempionlar LiqasıPlay-offİlk oyunlar
21 avqustDinamo (Zaqreb, Xorvatiya) – Avstriya (Avstriya) 0:2Qollar: Leovak, 68. Stankoviç, 75.Qırmızı vərəqə: Ante Rukavina, 71 (Dinamo).
Fənərbaxça (Türkiyə) – Arsenal (İngiltərə) 0:3Qollar: Gibbs, 51. Aron Remzi, 64. Olivye Jiru, 77-pen.
Ludoqorets (Bolqarıstan) – Bazel (İsveçrə) 2:4Qollar: Marselo, 23. Stoyanov, 50 – Salah, 12; 59. Sio, 64. Şar, 84-pen.Qırmızı vərəqə: Uilson de Souza, 83 (Ludoqorets).
Şalke 04 (Almaniya) – PAOK (Yunanıstan) 1:1Qollar: Farfan, 32 – Miroslav Stok, 73.
Styaua (Rumıniya) – Legia (Polşa) 1:1Qollar: Piovassari, 34 – Koseçki, 53.