Tomiç AZAL-a qarşı oynayacaq?

Tomiç AZAL-a qarşı oynayacaq?

Azərbaycan Kubokunda mübarizəni dayandıran “Xəzər Lənkəran” ara vermədən məşqlərini davam etdirir.  Fanat.az xəbər verir ki, Lənkərandakı bazasında gündə bir dəfə olmaqla hazırlıq keçən komanda bu gün məşqini tamamlayıb, sabah Bakıya yola düşəcək. 

Hazırda yalnız qapıçı Vyakeslav Tomiç zədədən əziyyət çəkir ki, qolkiperin müaliçəsi paytaxtda aparılır. Onun növbəti matçda komandaya kömək etmə ehtimalı həkimlər tərəfindən yüksək qiymətləndirilir. 

Premyer Liqanın XXVI turu çərçivəsində səfərdə AZAL-ın qonağı olacaq “Xəzər Lənkəran” oyunöncəsi son məşqini də Şüvəlanda, matçın baş tutacağı  “AZAL Arena”da keçirəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər