Tacikistan yığmasının üzvü “Rəvan”da

Tacikistan yığmasının üzvü “Rəvan”da

Tacikistan yığmasının müdafiəçisi Sahib Savankulov karyerasını Azərbaycanda davam etdirəcək. Fanat.az xəbər verir ki, bu barədə onun son klubu olan Tacikistanın “İstiqlal” klubunun prezidenti Şahrux Saidov məlumat verib.

Onun sözlərinə görə, futbolçu bir müddət öncə onlardan sərbəst buraxılmasını xahiş edib. Buna səbəb isə Savankulovun “Rəvan”dan təklif alması olub. Nəticədə, klub rəhbərliyi futbolçunun legioner həyatı yaşamasına mane olmaq istəməyib: “Biz Savankulovun qarşısını kəsmək istəmədik və onu “Rəvan”a buraxıdıq. Bu futbolçu Tacikistan çempionatı səviyyəsindən yüksəkdədi. Fikrimcə, Azərbaycan klubu onun üçün yeni stimul olacaq və futbolçumuzun daha da inkişaf etməsinə gətirib çıxaracaq. Nə qədər çox futbolçumuz xarici, daha güclü çempionatlarda top qovsalar, bir o qədər yaxşıdı. Çünki bundan qazanan yığma komandamız olacaq”.

Qeyd edək ki, Savankulov bir müddət əvvəl Azərbaycanın digər klubu – AZAL-da baxışda olmuşdu. Amma onun səviyyəsi məşqçilər korpusunu qane etmədiyindən geri qaytarılmışdı.

24 yaşlı Sahib Savankulov müdafiə xəttində çıxış edir. 2006-2009-cu illərdə Tacikistanın “Vaxış” klubunun formasını geyinən futbolçu 2009-dan Düşənbə “İstiqlal”ının uğurları üçün çalışır. 2008-ci ildən milli komandaya çağırılan Sahib 31 oyunda 1 qol vurub. O, millinin heyətində 2008, 2010 və 2012 illərdə “AFC Challenge Cup”un qalibi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər