Subaşiçin komandasının cəzası azaldıldı

Subaşiçin komandasının cəzası azaldıldı
Türkiyə Futbol Federasiyasının Apellyasiya Komitəsi "Orduspor"la bağlı qərarını verib. Fanat.az xəbər verir ki, komitə TFF-nin Problemlərin Həlli Komitəsinin qərarını müzakirə edib.
Problemlərin Həlli Komitəsi "Orudspor"a Kürşat Duymuşun pulunu vermədiyi üçün 2 dönəm transfer yasağı qoymuşdu. Apellyasiya Komitəsi isə cəzanı bir transfer dönəminə endirib. Beləliklə, Branimir Subaşiçin komandası qış fasiləsində heyətinə futbolçu qata bilməyəcək.
Qeyd edək ki, Kürşat Duymuş 2010-cu ildə "Bakı"da çıxış edib. O, ölkəmizdən ayrıldıqdan sonra "Orduspor"a keçmiş və bir mövsüm oynamışdı. Daha sonra isə klub Super Liqaya çıxsa da, ona vəd olunan mükafat verilmədiyindən TFF-yə üz tutmuşdu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər