Türkiyənin PTT 1-ci liqasında V turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Branimir Subaşiçin forma geyindiyi "Orduspor" "Manisaspor"u qəbul edib.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Subaşiç start heyətində yer alıb və 46-cı dəqiqədə Aleksandru İonita tərəfindən əvəzlənib. Ötən tur qol vuran millimizin üzvü bu dəfə sarı vərəqə alıb. Hakim onu 25-ci dəqiqədə cəzalandırıb.