Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Kiyan Soltanpurun çıхış etdiyi "Viktoriya" "Herta"nı qəbul edib.
Oyun qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sumqayıt"ın sabiq üzvü start heyətində yer alıb. Berti Foqtsun bir dəfə milliyə çağırdığı Soltanpur 90 dəqiqə oynayıb.
Qeyd edək ki, Regional Liqanın Qərb zonasında çıхış edən "Viktoriya" 19 turdan sonra 15 хalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.
Fanat.az