Şimali Koreyada "ponpon qızlar"ı seks köləsi kimi istifadə edirlər - İDDİA

Şimali Koreyada "ponpon qızlar"ı seks köləsi kimi istifadə edirlər - İDDİA
Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlaının ən populyar isimləri olan Şimali Koreyanın "gözəllər ordusu" ilə bağlı şok iddialar səsələnib. Fanat.Az xəbər verir ki, bu barədə Şimali Koreyadan qaçan Lee So Yeon açıqlama verib.
Hərbi müsiqiçi olan Yeon 2008-ci ildə ölkəsindən qaçmağa nail olub. O, Qış Olimpiya Oyunlarında böyük marağa səbəb olan "ponpon qızlar"dan Şimali Koreyada siyasətçilərin seks köləsi kimi istifadə etdiklərini bildirib.
Şimali Koreyada "ponpon qızlar"ı seks köləsi kimi istifadə edirlər - İDDİA
"Bloomberg"ə danışan Yeon "Kənardan baxanda hər şey əyləncəli bir şounun parçası kimi görünür. Amma onlar məcburi şəkildə əyləncə tədbirlərinə aparılaraq Şimali Koreyanın siyasətçiləri ilə cinsi əlaqəyə məcbur edilirlər" deyib.
"Gözəllər ordusu"nun rejim tərəfindən əyləncə gecələrinə aparılaraq seks köləsi kimi istifadə olunduğunu iddia edən Lee So "istəsələr də, istəməsələr də buna məcbur edilirlər" söyləyib.
Şimali Koreyada "ponpon qızlar"ı seks köləsi kimi istifadə edirlər - İDDİA
Yeon bildirib ki, Şimali Koreyada qadınlarla bağlı insan haqları kobud şəkildə pozulur, Olimpiadada görünən mənzərə isə sadəcə dünyanı aldatmaq üçündür. 
Onun sözlərinə görə, yalnız "ponpon qızlar" deyil, idmançılar da Şimali Koreya lideri Kim Yonq-Un tərəfindən köləyə çevirilib: "Ponpon qızlar" uzun araşdırmalardan sonra seçilir. "Gözəllər ordusu"na girənlərə maaş vermirlər. 24 saat nəzarət altında saxlanılırlar. Səhv bir hərəkət edənlər həbsxanaya göndərilir.
Şimali Koreyada "ponpon qızlar"ı seks köləsi kimi istifadə edirlər - İDDİA
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər