Millimizlə iyunun 10-da üz-üzə gələcək Şimali İrlandiyanın hazırlıq planı bəllidi. Fanat.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsindəki rəqibimiz Azərbaycanla oyuna Türkiyədə hazırlaşacaq.
Yeni Zelandiya millisiylə öz meydanında 2 iyun tarixində yoldaşlıq görüşünə çıxacaq irlandlar ertəsi Türkiyəyə uçacaqlar. 4 gün qardaş ölkədə hazırlıq keçəcək Maykl Onilin komandası ardından Bakıya təşrif buyuracaq.
Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Fanat.Az