Serbiya millisi sabiq oyun qurucusuna tapşırıldı

Serbiya millisi sabiq oyun qurucusuna tapşırıldı
DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Serbiya yığması Draqan Stoykoviçə tapşırılıb. 
 
Fanat.Az xəbər verir ki, Stoykoviçlə 3 illik müqavilə imzalandığı barədə məlumatı Serbiya Futbol Federasiyasının rəsmi saytı yayıb.
 
56 yaşlı mütəxəssis keçmiş Yuqoslaviya yığmasının və "Srvena Zvezda”nın əfsanəvi oyun qurucusu olub. O, 1992-cü ildə Marsel "Olimpik”i ilə UEFA Çempiolar Liqasının qalibi olub.
 
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Serbiya ilə yanaşı, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq. Canni De Byazinin yetirmələri serblərlə ilk oyununu martın 30-da, Bakı Olimpiya Stadionunda keçirəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər