"Sabah”ın qapıçısı Saşa Stamenkoviçin Azərbaycandakı xeyirxah addımını Serbiya mətbuatının da diqqətindən kənarda qalmayıb.
Fanat.Az xəbər verir ki, serbiyalı jurnalistlər tanınmış idman şərhçisi Gündüz Abbaszadənin bu gün sosial şəbəkə hesabında Stamenkoviç haqda yazdığı statusa istinadla xəbər hazırlayıb.
Abbaszadə statusunda Stamenkoviçin koronavirusa yoluxan jurnalist Anar Cəfərsoya yardım etmək üçün ondan nömrəsini soruşduğunu və bir aylıq maaşını koronavirusla mübarizə fonduna keçirdiyini bildirib.
"HotSport” saytı 35 yaşlı qolkiperlə əlaqə saxlayaraq fikirlərini öyrənib: "Bu, edə biləcəyim ən az şeydi. Yeddi ildi buradayam. İstər Serbiya olsun, istər Qazaxıstan və ya Azərbaycan, həmişə kömək etməyə hazıram. Dünyanın hər yerində tüğyan edən virusla mübarizə aparanlara köməyin dəydiyi üçün şadam”.
Fanat.Az