Səlahətin "quru" seriyası qırıldı

Səlahətin "quru" seriyası qırıldı

“Xəzər Lənkəran”la Topaz Premyer Liqasının XII turunun oyununda qarşılaşan “İnter” klubu 4 seriyaya son qoyub. Fanat.az xəbər verir ki, ardıcıl 5 heç-heçə edən paytaxt təmsilçisi VI turun sentyabrın 19-dakı matçında “Bakı”nı 7:0 hesabı ilə məğlub edib. 

62 gündən sonra qalib gələn Kaxaber Tsxadadzenin yetirmələri son 4 qarşılaşmanı qolsuz bitirmişdi. VII turun sentyabrın 27-dəki görüşündə AZAL-la heç-heçə edən (1:1) “İnter” 54 gündən sonra qollu matçın iştirakçısı olub.

Həmin oyunun 4-cü dəqiqəsində Kərim Diniyevin qoluna üzülən Səlahət Ağayev 4 “quru” matçdan sonra Fernando Qabrielin uzatma dəqiqələrində fərqlənməsinin qarşısını ala bilmədi. Beləliklə 535 “quru” dəqiqə  keçirən qolkiper mövsümün rekorduna imza atıb.

Paytaxt təmsilçisinin özü AZAL-la oyunun 76-cı dəqiqəsindən sonra ilk dəfə qol vurub. Mikel Alvaronun həmin qolundan 384 dəqiqə sonra Junior Nildo fərqlənib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər