Türkiyənin PTT 1-ci liqasında V turun oyunlarına yekun vurulub. Fanat.az xəbər verir ki, Saşa Yunisoğlu və Arif İsayevin forma geyindiyi "Dənizlispor" "Bucaspor"un qonağı olub.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Dənizlispor"un baş məşqçisi Serdar Dayat Saşaya start heyətində yer verib və 90 dəqiqə oynadıb. Futbolçumuz matçın 84-cü dəqiqəsində sarı vərəqə alıb. Arifin adı isə "18-liy"ə salınmayıb.