Şahmat Olimpiadası: Kişilər Kubaya, qadınlar Ukraynaya qarşı

Şahmat Olimpiadası: Kişilər Kubaya, qadınlar Ukraynaya qarşı

Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.

Fanat.Az xəbər verir ki, ötən gün Türkiyə ilə görüşdə xal itirən kişi millisi Kuba ilə üz-üzə gələcək. İtkisiz irəliləyən qadın millisi isə güclü Ukraynanın müqavimətini qırmağa çalışacaq.

Ümumdünya Şahmat Olimpiadası

Kişilər

V tur Azərbaycan – Kuba

Şəhriyar Məmmədyarov – Yasser Kezada Peres

Rauf Məmmədov – Karlos Albornos Kabrera

Vasif Durarbəyli – Luis Ernesto Kezada Peres

Nicat Abbasov – Omar Almeyda Kintana

Qadınlar

V tur Ukrayna – Azərbaycan

Mariya Muzıçuk – Günay Məmmədzadə

Anna Muzıçuk – Gövhər Beydullayeva

Anna Uşenina – Gülnar Məmmədova

Nataliya Buksa – Ülviyyə Fətəliyeva

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət millisi hazırda Slovakiya və Rumıniya ilə birgə 7 xalla 12-14-cü yerləri paylaşır. Qadınlardan ibarət yığma isə 8 xalla Fransa və Ukrayna ilə birgə 2-4-cü yerləri bölüşdürür.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər