Şahmat Olimpiadası: Azərbaycan yığmalarının heyəti açıqlandı

Şahmat Olimpiadası: Azərbaycan yığmalarının heyəti açıqlandı

Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları bu gün Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, kişilərdən ibarət yığma ilk görüşünü Əlcəzair seçməsinə qarşı keçirəcək.

Qadınlar isə Birləşmiş Ərəb Əmirlikləri kollektivi ilə üz-üzə gələcək.

Artıq yığmalarımızın matçlar üçün heyəti açıqlanıb. İlk turda liderlər - Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə oynamayacaq.

Ümumdünya Şahmat Olimpiadası

Kişilər

I tur Azərbaycan - Əlcəzair

Rauf Məmmədov - Ali Nassr

Qədir Hüseynov - Lamine Brahami

Vasif Durarbəyli - Massinas Cabri

Nicat Abbasov - Xalil Bengerabi

Məmmədov və Durarbəyli ağ, Hüseynovla Abbasov qara fiqurlarla oynayacaq.

Qadınlar

I tur Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri

Xanım Balacayeva - Moza Al-Mansuri

Gövhər Beydullayeva - Vafiya Al-Maamari

Gülnar Məmmədova - Aişa Al-Maini

Ülviyyə Fətəliyeva - Essa Ruda

Balacayeva ilə Məmmədova ağ, Beydullayeva və Fətəliyeva qara fiqurlarla mübarizə aparacaq.

Görüşlər Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər