Rail Məlikov çıxış etdiyi "Dənizlispor"un bazasından qovulub. Fanat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Rail Məlikov ötən həftə anasının səhhətindəki problemlərə görə Bakıya gəlib. O, kluba məlumat vermədən vətəndə bir gün artıq qalıb. Dənizliyə qayıtdıqdan sonra bazaya buraxılmayan Railə əvəzedici komandaya göndərildiyi bildirilib.
"Dənizlispor" rəhbərliyi olayla bağlı açıqlama verməyib. Türkiyə mətbuatı məşqçilər korpusunun Raili klub rəhbərliyindən xəbərsiz cəzalandırdığını yazıb.
Fanat.az