Türkiyənin "Dənizlispor" klubunun müdafiəçisi Rail Məlikov əvəzedici heyətə göndərilməsində baş məşqçini günahlandırıb. Fanat.az xəbər verir ki, millimizin sabiq üzvü Özcan Bizatinin onunla prinsip apardığını söyləyib.
Məlikov üzürlü səbəbdən komandaya bir gün gec qoşulduğunu və baş məşqçinin bu fürsətdən yararlandığını söyləyib: "Əvəzedici heyətə göndərməklə yanaşı, məni 5000 tür lirəsi həcmində cərimələdi. Ötən mövsüm eyni aqibəti Saşa Yunisoğluna yaşatmışdı".
Fanat.az