"Qalatasaray"ın "Real"a 1:6 hesabı ilə yenilməsi faciəyə səbəb olub. Fanat.az xəbər verir ki, "Türk Telekom Arena"da baş tutan matçdan sonra məğlubiyyəti qəbul etməyən fanat beyin qanaması keçirib.
Həmin azarkeşin həyatını xilas etmək mümkün olmayıb. Matçı tribunadan izləyən daha iki fanat isə infarkt keçirib. Onların hazırda xəstəxanada olduğu deyilir.