"Simurq" üçün daha bir Ukrayna klubu

"Simurq" üçün daha bir Ukrayna klubu
"Simurq"un Sloveniya toplanışı çərçivəsində qarşılaşacağı sınaqçı-rəqiblərdən daha biri müəyyənləşib. Fanat.az xəbər verir ki, Zaqatala klubu iyunun 30-da "Zarya" (Luqansk, Ukrayna). Bu barədə Luqansk klubunun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, "Zarya" klubu 1923-cü ildə yaradılıb. 1972-ci ildə SSRİ çempionu olan komanda 2 dəfə imperiyanın 1-ci liqasında qalib adını qazanıb, 2 dəfə kubokda final oynayıb. 2013/14 mövsümünü Ukrayna Premyer Liqasında 7-ci yeri tutan "Zarya"ya 2011-ci ildən Yuri Vernidub başçılıq edir.
Onu da qeyd edək ki, iyulun 31-də "Simurq" "Karpatı" (Lvov, Ukrayna) ilə də yoxlama oyunu keçirəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər