"Simurq" 4 əskiklə oynayacaq

"Simurq" 4 əskiklə oynayacaq

"Simurq" Premyer Liqanın XII turunda "Neftçi"ni qəbul edəcək. Fanat.az xəbər verir ki, Zaqatala klubu dünən son məşqinə çıxaraq istirahətə çəkilib.

 

İndiyədək “Neftçi” ilə Zaqataladakı görüşlərdə qələbəyə həsrət qalan Georgi Çixradzenin yetirmələri paytaxt təmsilçisilə oyuna ciddi itkilərlə çıxacaq. Uzun müddətdi zədədən əziyyət çəkən Banas Adam fasilə müddətində komanda ilə birgə məşqlərə başlasa da, bu matçda forma geyinə bilməyəcək. Murad Səttarlıya da qarşılaşmada şans verilməyəcək. Həmçinin Vüqar Mustafayev zədə səbəbindən “Neftçi” ilə oyunda komandasına kömək edə bilməyəcək. “Xəzər Lənkəran”la görüşdə sarı vərəqə limitini dolduran Rəşad Eyyubovda cəzalı duruma düşdüyündən bu matçı buraxmalı olacaq.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər