"Rubin" darmadağın etdi, "Trabzon" Ərdoğanla güldüNƏTİCƏLƏR

"Rubin" darmadağın etdi, "Trabzon" Ərdoğanla güldüNƏTİCƏLƏR

Avropa Liqasının qrup mərhələsinin ilk oyunları başa çatıb. Fanat.az xəbər verir ki, ümumilikdə 12 qrupda 24 oyun baş tutub.

Millimizin üzvü Ruslan Abışovun şərəfini qoruduğu "Rubin" səfərdə "Maribor"un qonağı olub. Kazan təmsilçisi sloveniyalılar üzərində inamlı qələbə qazanıb - 2:5. "Xəzər Lənkəran" və "Qarabağ"ın Avropa macərasına son qoyan Tel-Əviv "Makkabi"si və "Ayntraxt" da ilk oyunlarını keçirib. Frankfurt təmsilçisi doğma azarkeşlər önündə "Bordo"nu qəbul edib və 3 xalı 3 qolla qazanıb. "Makkabi" isə APOEL-i qəbul edib və komandalar bir xalla kifayətlənib.

Türkiyənin avroliqadakı tək təmsilçisi "Trabzonspor" səfərdə "Apollon"un qonağı olub. "Bordo-mavilər" səfərdə rəqibini 1:2 hesabı ilə məğlub edib.

Avropa Liqasının 

Qrup mərhələsi

I tur, 19 sentyabr

A qrupu

Sent Qallen (İsveçrə) - Kuban (Rusiya) 2:0

Qollar: Martiç, 56. Matyis, 76.

Qırmızı vərəqə: Kabore, 90 (Kuban). 

Valensiya (İspaniya) - Suonsi (İngiltərə) 0:3

Qollar: Vilfrayd, 14. Miçu, 58. De Quzman, 62.

Qırmızı vərəqə: Adil Rami, 10 (Valensiya).

B qrupu

Dinamo (Xorvatiya) - Çernomorets (Ukrayna) 1:2

Qollar: Fernandes, 43 - Antonov, 62. Cece, 65.

PSV (Hollandiya) - Ludoqorets (Bolqarıstan) 0:2

Qollar: R.Bezyak, 60. Misican, 74.

C qrupu

Salzburq (Avstriya) - Elfsborq(İsveç) 4:0

Qollar: Alan, 36. Soriyano, 44-pen; 69; 79.

Standard (Belçika) - Esbyerq (Danimarka) 1:1

Qollar: Biya, 73 - Van Buren, 63.

D qrupu

Maribor (Sloveniya) - Rubin (Rusiya) 2:5

Qollar: M.Mileç, 35. Fayiç, 73 - Qaradəniz, 23. Markano, 27. Yeremenko, 69. Rondon, 90. Ryazantsev, 90+1.

Sulte Varegem (Belçika) - Viqan (İngiltərə) 0:0

E qrupu

Fiorentina (İtaliya) - Pakos de Fereyra (Portuqaliya) 3:0

Qollar: Rodriges, 30. Matos, 67. Rossi, 76.

Panduri (Rumıniya) - Dnepr (Ukrayna) 0:1

Qollar: Ruslan Rotan, 38.

F qrupu

Ayntraxt (Almaniya) - Bordo (Fransa) 3:0

Qollar: Kadleç, 4. Marko Russ, 16. Cakpa, 52.

Qırmızı vərəqə: Lukas Alfonso Orban, 62 (Bordo).

Makkabi (Təl-Əviv, İsrail) - APOEL (Cənubi Kipr) 0:0

G qrupu

Dinamo (Ukrayna) - Genk (Belçika) 0:1

Qol: Qorius, 64.

Tun (İsveçrə) - Rapid (Avstriya) 1:0

Qol: Şnevli, 35.

H qrupu

Eştoril (Portuqaliya) - Sevilya (İspaniya) 1:2

Qol: Migel, 61 - Vitolo, 59. Kevin Qameyro, 77.

Frayburq (Almaniya) - Liberets (Çexiya) 2:2

Qollar: Şuster, 23-pen. Mehmedi, 35 - Kalitvintes, 67. Rabusiç, 74.

Qırmızı vərəqə: Karim Qude, 78 - S.Ribalka, 90.

İ qrupu

Betis (İspaniya) - Olimpik (Lion, Fransa) 0:0

Gimaraynş (Portuqaliya) - Rieka (Xorvatiya) 4:0

Qollar: Ba Abdulaye, 36. Planqe, 48. Mussa Maazou, 68-pen. Andre, 81.

J qrupu

Apollon (Cənubi Kipr) - Trabzonspor (Türkiyə) 1:2

Qollar: Sanqoy, 18-pen - Maluda, 20. Y.Ərdoğan, 86.

Latsio (İtaliya) - Legiya (Polşa) 1:0

Qollar: Hernanes, 53.

K qrupu

Şerif (Moldova) - Anji (Rusiya) 0:0

Tottenhem (İngiltərə) - Tromse (Norveç) 3:0

Qollar: Defo, 21; 29. Eriksen, 86.

L qrupu

Makkabi (Hayfa, İsrail) - Alkmaar (Hollandiya) 0:1

Qol: Qudmundsson, 71.

PAOK (Yunanıstan) - Şaxtyor (Qazaxıstan) 2:1

Qollar: Atanasiadis, 75, Vukiç, 90 - Kanas, 50-pen.

Qırmızı vərəqə: Andrey Porivayev, 87 (Şaxtyor).

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər