"Rəvan": "Bizi hakimlər uduzdurdu"

"Rəvan": "Bizi hakimlər uduzdurdu"
"Rəvan" növbəti dəfə hakimlikdən narazılıq edib. Fanat.az xəbər verir ki, Bakı klubu əvəzedicilərin çempionatında "Qəbələ" ilə keçirilən oyunda hakimlərdən narazı qalıb.
Oyunla bağlı klubun rəsmi saytında yerləşdirilmiş xəbərdə 0:2 hesablı yenilginin səbəbkarı olaraq Elgün Hüseynovun başçılıq etdiyi hakimlər briqadası göstərilib: "Topaz Premyer Liqasında iştirak edən komandaların əvəzedici heyətləri arasında keçirilən çempionatda 7-ci tura start bverilib. İturun ilk oyununda "Rəvan" "Qəbələ" ilə qarşılaşıb. Qəbələ şəhər stadionunun köməkçi meydançasında keçirilən görüşdə komandamız məğlub olub. Oyunun sonlarında buraxılan 2 qol xal qazanmaq istəyimizə əngəl törədib. Ancaq bu qollarda görüşü idarə edən hakimin - Elgün Hüseynovun və onun briqadasının da "rolu" olub. Belə ki, ilk qol zamanı özündən penalti uyduran Hüseynov bir qədər sonra açıq-aşkar qayda pozuntusuna göz yummaqla rəqibin ikinci dəfə fərqlənməsinə şərait yaradıb. Belədə "Rəvan"ın əvəzedicilərinin 3 oyunluq məğlubiyyətsizlik seriyası da qırıldı".
Qeyd edək ki, "Qəbələ" - "Rəvan" oyununu Elgün Hüseynov, İftixar Qəniyev, Əli Cəbrayılov və Kənan Məlikovdan ibarət hakimlər briqadası idarə edib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər