"Rəvan" Topaz Premyer Liqasının VII turunda "Qəbələ" ilə keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, Bakı klubu məşqlərini "Bayıl Arena"da keçir.
Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən məşqlərdə 2 istisna olmaqla komandanın bütün heyət üzvləri iştirak edir. Belə ki, Tofiq Mikayılov ili başa vurubsa, Elvin Həsənəliyev qasıq nahiyyəsindəki zədəni sağaltmaqla məşğuldu. Odu ki, bu iki futbolçu Qəbələ səfərində komandaya kömək edə bilməyəcək. Qalan bütün komanda üzvləri ümumi qrupda hazırlıqda iştirak edir.
Fanat.az