"Kamran Ağayevi milliyə çağıracam". Fanat.az хəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.
Xorvat mütəхəssis Kamranın son iki matçda "Kayserispor"un əsas heyətində yer almasından хəbərdar olduğunu bildirib: "Onun son 2 qarşılaşmada meydana çıxmasına şadam. Ümidvaram ki, daim oynayacaq. Ağayevi milliyə çağıracağıq. Amma onu da nəzərə almalıyıq ki, son aylarda Türkiyə Kubokunda 1, I liqada isə 2 matçda meydana çıxıb. Oyun təcrübəsi tam çatışmır. Milliyə çağırıb baxacağıq".
Fanat.az