"İmperator" üçün kabus kimi gecə

"İmperator" üçün kabus kimi gecə
Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında yeni mövsümə start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında 8 oyun baş tutub.
Türkiyənin "Qalatasaray" klubu "Real"ı qəbul edib. Ötən mövsümün 1/4 finalında Madriddə 0:3 hesabı ilə uduzub evdə 3:2 hesabı ilə yenilən "Cim-Bom" bu dəfə darmadağına məruz qalıb - 1:6. Qrupun digər oyununda "Kopenhagen"lə "Yuventus" "sülh bağlayıb" - 1:1.
"Mançester Yunayted" "Bayer"i 4:2 şesabı ilə yenib. PSJ səfərdə "Olimpiakos"dan üstün olub - 4:1. "Bavariya" ÇSKA-nı, "Mançester Siti" "Viktoriya"nı 3:1 hesabı ilə üstələyib. "Şaxtyor" "Real Sosyedad"ı, "Benfika" "Anderlext"i eyni hesabla məğlubiyyətə uğradıb - 2:0.
İlk turun qalan 8 oyunu bu gün keçiriləcək.
Çempionlar Liqası
Qrup mərhələsi
I tur
17 sentyabr
A qrupu
Mançester Yunayted (İngiltərə) - Bayer (Almaniya) 4:2
Qollar: Ueyn Runi, 22; 70. Robin van Persi, 59. Luis Antonio Valensiya, 79 - Simon Rolfes, 54. Ömər Toprak, 88.
 
Real Sosyedad (İspaniya) - Şaxtyor (Ukrayna) 0:2
Qollar: Aleks Teyxeyra, 65; 87.
B qrupu
Kopenhagen (Danimarka) - Yuventus (İtaliya) 1:1
Qollar: Nikolay Yorgensen, 14 - Fabio Quaqliarella, 54.
Qalatasaray (Türkiyə) - Real (İspaniya) 1:6
Qollar: Umut Bulut, 84 - İsko, 33. Kərim Benzema, 54; 88. Kriştiano Ronaldo, 63; 66; 90.
C qrupu
Olimpiakos (Yunanıstan) - PSJ (Fransa) 1:4
Qollar: Vladimir Veiss, 25 - Edinson Kavani, 19. Tiaqo Motta, 68; 73. Marquinyos, 86.
Benfika (Portuqaliya) - Anderlext (Belçika) 2:0
Qollar: Filip Curiçiç, 4. Luisao, 30.
D qrupu
Bavariya (Almaniya) - ÇSKA (Rusiya) 3:0
Qollar: David Alba, 4. Mario Mandzukiç, 41. Aryen Robben, 68.
Viktoriya (Çexiya) - Mançester Siti (İngiltərə) 0:3
Qollar: Edin Dzeko, 48. Yaya Ture, 53. Serxio Aquero, 58.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər