Tərlan Əhmədov "Xəzər Lənkəran"la oyunla (3:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi rəqibin baş məşqçisinə təşəkkür edib:
"Açığı, bu gün komandadan tələbim 3 xal idi. Vacib 3 xal qazandıq. Öz oyunumuzu bir kənara qoyub, “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədova təşəkkür edirəm ki, belə gözəl kollektiv yaradıb. Öz komandamın oyunundan razıyam. Xüsusən də hücumçular tapşırıqları yerinə yetirdilər. Bu turdan sonra çempionatda fasilə yaranacaq. Həmin fasilədən maksimum yararlanmalıyıq”.
Fanat.az