Rusiya milli komandasının liderlərindən olan Aleksandr Kerjakov yığmalarının Avro-2016-ya çıxa bilməməsi ehtimalını ümumbəşər rüsvayçılığı ilə müqayisə edib. Fanat.az xəbər verir ki, hücumçu son zamanlar olduqca uğursuz nəticələri sıralayan Rusiya haqda bu cür danışıb:
"Qitə birinciliyinə gedə bilməyəcəyimiz haqda hələ ki, düşüncələrim yoxdu. Ancaq belə hal baş versə, bu, ümumbəşər rüsvayçılığı olacaq. Hər halda taleyimiz öz əlimizdədi. Elə bir qrupdayıq ki, bütün komandalar xal itirir".
Fanat.az