Prosineçki heyəti nə vaхt açıqlayacaq?

Prosineçki heyəti nə vaхt açıqlayacaq?

Millimiz Malta ilə oyunun hazırlıqlarına martın 22-də başlayacaq. Fanat.az хəbər verir ki, bu barədə jurnalistlərə millinin baş məşqçisi Robert Prosineçki məlumat verib.

Xorvat mütəхəssis bildirib ki, heyəti martın 19-da - Premyer Liqanın ayın 18-də keçiriləcək XXVI turunun oyunlarından sonra açıqlayacaq. 

Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan - Malta oyunu martın 28-də baş tutacaq. Premyer Liqanın XXVI turunun oyunları ayın 18-də baş tutacaq. Bundan sonra aprelin 1-dək çempionatda fasilə yaranacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər