Ukrayna prezidenti Pyotr Poroşenko Mişel Platini ilə görüş keçirib. Fanat.az xəbər verir ki, Kiyevdə baş tutan görüşdə UEFA prezidenti ilə Krım klubları müzakirə olunub.
Ukrayna lideri idman təşkilatlarının yarımada uğrunda siyasi savaşa müdaxilə etməməli olduqlarını bildirib. Platini isə öz növbəsində UEFA-da işçi qrupunu yaratdığını və dekabrın 4-də məsələylə bağlı son qərar veriləcəyini söyləyib.
Qeyd edək ki, Rusiya Futbol İttifaqı (RFİ) tərkibinə 3 Krım klubu - Yalta "Jemçujina"sı və Sevastopolun TSK və SKÇF komandalarını qəbul edib. Klublar artıq Rusiyanın 2-ci divizionu və ölkə Kubokunda iştirak ediblər. Buna etiraz edən Ukrayna tərəfi UEFA-ya şikayət edib.
Avropanın ali futbol qurumu həmin klubların iştirakı ilə keçirilən görüşlərin nəticələrini tanımayacağını bildirsə də, RFİ-ni cəzalandırmayıb.
Fanat.az