İtaliyanın və Avropanın ən böyük klublarından biri olan "İnter" satılır. Fanat.az xəbər verir ki, bu barədə klubun prezidenti Massimo Moratti açıqlama verib.
Prezident bildirib ki, "İnter"in səhmlərinin 70 faizinin indoneziyalı iş adamı Erik Torira satılması ilə bağlı razılıq əldə olunub. İtaliya mətbuatının məlumatına görə, Moratti və Torir Fransanın paytaxtı Parisdə görüşərək razılaşıblar. Səhmlərin satışına dair anlaşmanın gələn həftə imzalanması gözlənilir. Moratti açıqlamasında "bir az da danışıqlar aparmalyıq. Hər şey yolunda getsə, satış bir ay içində tamamlanacaq" deyib.
Səhmlərin satışından sonra 1995-ci ildən rəhbərlik etdiyi klubda qalıb-qalmayacağı ilə bağlı suala isə Morattinin cavabı belə olub: "Düşünmürəm".
Qeyd edək ki, "İnter" 109-ci ilin 9 martında yaradılıb. 105 yaşlı klub tarixi ərzində İtaliya çempionluğunu (18 dəfə), ölkə kubokunu (7), Super Kubokunu (5), Çempionlar Liqasını (3), UEFA Kubokunu (3), Avropa Super Kubokunu (1) və klublararası dünya çempionluğunu (3) qazanıb.