Millimizin üzvü Ukrayna klubunda daha iki oyun keçirdi

Millimizin üzvü Ukrayna klubunda daha iki oyun keçirdi
Millimizin üzvü Anatoli Nuriyevin çıxış etdiyi "Kolos" iki yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Ukrayna Premyer Liqası təmsilçisi əvvəlcə "Kramatorsk"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. A.Nuriyev sözügedən görüşdə 90 dəqiqə meydanda olub.
İkinci matçda "Kolos" "Dnepr-1"lə üz-üzə gəlib və qolsuz bərabərə qalıb. 25 yaşlı hücumçu bu oyunda 62-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, A.Nuriyev "Aleksandriya" ilə yoxlama qarşılaşmasında (2:0) penaltidən qol vurmuşdu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər