Millimizin üzvü: "Bu nəticəyə görə utanıram"

Millimizin üzvü: "Bu nəticəyə görə utanıram"

"Mənə realist olmaq lazım idi. Türkiyə yığmasından dəvət gözləyə bilməzdim. Belə bir vaxtda Azərbaycandan gələn dəvəti qəbul etməliydim. Çünki özümü beynəlxalq səviyyədə göstərmək şansı qazanmışam". Fanat.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Tuğrul Erat deyib.

Almaniyanın "Fortuna" klubunun ikinci komandasında çıxış edən yarımmüdafiəçi alman həmkarlarımıza açıqlamasında İsraillə oyundan danışıb. Tuğrul debüt matçındakı biabırçı hesaba görə utandığını bildirib: "Bu nəticəyə görə utanıram. Düzünü deyim ki, vurduğum qola da qətiyyən sevinmədim".

 

Həmin oyundan sonra Azərbaycanın əsas millisinin baş məşqçisi Berti Foqts da Eratla maraqlanıb: "O, mənə yaxınlaşıb işlərimin necə getdiyini soruşdu. Amma etiraf edim ki, mən onu söhbətimizlə çox yükləmək istəmədim. Bir neçə kəlmə ilə kifayətlənməli oldum".

Tuğrul yığmamızdakı çıxışının onun gələcək karyerasına da müsbət təsir edəcəyinə inanır: "Mənim "Fortuna" ilə müqaviləmin müddəti 2014-cü ilin yayında başa çatacaq. Əgər Azərbaycan yığmasına mütəmadi çağırılsam, klubun da mənə olan marağı arta bilər".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər