17 yaşadək qadınlardan ibarət Azərbaycan yığma komandasının Avropa çempionatının ilkin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. Fanat.az xəbər verir ki, qızlarımız Gürcüstan, Çexiya və Belçikayla qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2016-cı ildə Belarusda keçiriləcək. Belarus meydan sahibi kimi final mərhələsinə, Almaniya və Fransa yüksək reytinqinə görə birbaşa elit-raunda vəsiqə qazanıb. İlkin seçmə mərhələdə qrupda ilk iki yeri tutan komandalar elit mərhələyə çıxacaq.
I qrup: İrlandiya, Türkiyə, Ukrayna, Andorra.
II qrup: Avstriya, Şotlandiya, Qazaxıstan, Latviya.
III qrup: İspaniya, Yunanıstan, Ermənistan, Portuqaliya.
IV qrup: Polşa, İngiltərə, Estoniya, Xorvatiya.
V qrup: İtaliya, Şimali İrlandiya, Bosniya və Hersoqovina, Makedoniya.
VI qrup: Belçika, Çexiya, Gürcüstan, Azərbaycan.
VII qrup: Danimarka, Macarıstan, İsrail, Uels.
VIII qrup: İsveç, Rusiya, Slovakiya, Rumaniya.
IX qrup: İsveçrə, Serbiya, Litva, Sloveniya.
X qrup: Norvev, Hollandiya, Moldova, Bolqarıstan.
XI qrup: İslandiya, Finlandiya, Çernoqoriya, Farer adaları.
Fanat.az