Millimizin oyunu ukraynalı hakimlərə tapşırıldı

Millimizin oyunu ukraynalı hakimlərə tapşırıldı

Futbol üzrə Moldova və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri bəlli olub. 

Fanat.Az Moldova Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.   Baş hakim Denis Şurmana Aleksandr Jukov və Viktor Nijnik kömək edəcəklər. Dördüncü hakim funksiyasını moldovalı Roman Jitari yerinə yetirəcək.   Noyabrın 16-da keçiriləcək bu qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər