Avropa çempionatının bu il Bakıda keçiriləcək final mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, yığmamız Bakıda təlim-məşq toplanışında olan Ukrayna komandası ilə 2-ci qarşılaşmasına çıxıb.
İki gün əvvəl 0:2 hesabı ilə uduzan komandamız yenə meydanı məğlub tərk edib. Belə ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada millimiz 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, Təbriz Həsənovun yetirmələri ötən ay Rusiya ilə də iki yoxlama matçı keçirmişdi. Bakı Olimpiya Stadionundakı qarşılaşmalardan birincisində 1:5 hesabı ilə uduzan millimiz ikinci matçda qalib gəlmişdi – 1:0.
Fanat.az