Latviyada keçiriləcək Federasiya Kubokunda iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət milli komandamızın ilk rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, Nikolay Adamın başçılıq etdiyi komandasız Ukrayna ilə qarşılaşacaq.
Oyun martın 4-də keçiriləcək və Bakı vaxtı ilə 13.00-da başlayacaq. Dörd komandanın iştirakı ilə keçiriləcək turnirin digər oyununda Latviya və Finlandiya üz-üzə gələcək. Qaliblər finalda, məğlub komandalar isə üçüncü yer uğrunda oyunda qarşılaşacaq.
Fanat.az