Millimiz Ukraynaya rəqib ola bilər

Millimiz Ukraynaya rəqib ola bilər

Milli komandamız Ukrayna yığması ilə qarşılaşa bilər. Fanat.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Həmkarlarımız bildirib ki, görüşün may ayında keçirilməsi nəzərdə tutulub. Hazırda federasiyalar arasında danışıqlar gedir.

Qeyd edək ki, yığmamız mayın 23-dən iyunun 4-dək Avstriyada təlim-məşq toplanışında olacaq və bu müddətdə 3 yoxlama oyunu keçirəcək. Rəqiblərdən ikisi artıq bəllidi. Komandamız mayın 26-da Makedoniya, iyunun 3-də Kanada ilə qarşılaşacaq. Üçüncü rəqibin adı isə hələ dəqiqləşməyib.

Ukrayna yığması Avropa çempionatının startından əvvəl yoxlama oyunları keçiriləcək. Ukraynalılar mayın 29-da oynamaq üçün Azərbaycan və Rumıniya ilə danışıqlar aparır. Onlar iyunun 2 və ya 3-də Albaniya, ayın 6-da isə Moldova ilə üz-üzə gələcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər