Millimiz Ukraynaya qalib gəldi

Millimiz Ukraynaya qalib gəldi
Bu gün Azərbaycanın U-21 yığması Türkiyədə təşkil olunan "Antalya Kuboku"nda ilk oyununa çıxıb. Fanat.az xəbər verir ki, Yaşar Vahabzadənin çalışdırdığı millimiz startda Ukrayna ilə qarşılaşıb.
Matç təmsilçimiz üçün uğurlu alınıb. Qarşılaşmada hesabı ukraynalılar açsa da, sonda qələbəni millimiz bayram edib. Millimizin heyətində Namiq Ələsgərov dubl edib.
Antalya Kuboku
22 yanvar
Azərbaycan - Ukrayna 2:1
Qollar: Namiq Ələsgərov, 58-pen; 85 - Yevgeni Çumak 49.
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Azər Salahlı, Fuad Bayramov, Məqsəd İsayev, Elnur Cəfərov, Kamal Mirzəyev, Namiq Ələsgərov, Vüqar Mustafayev, Ruslan Nəsirli, Sadiq Quliyev.
Sarı vərəqələr: Vüqar Mustafayev, 71 - Yevgeni Çumak, 71.
Qeyd edək ki, turnirdə Bəhreyn, Səudiyyə Ərəbistanı və Albaniyanın gənclərdən ibarət milli komandaları da iştirak edir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər