Millimiz Ukraynada gülüş obyektinə çevrildi

Millimiz Ukraynada gülüş obyektinə çevrildi

Ukraynanın "Sport-Express" nəşri milli komandamızı məzhəkəyə qoyub. Fanat.az xəbər verir ki, slavyan həmkarlarımızı buna vadar edən dünən Donetsk "Şaxtyor"u ilə yoxlama görüşündə futbolçularımızın maykalarının arxasında nömrələrinin yazılmaması olub.

"Heç şübhəsiz ki, məşhur Robert Prosineçkinin yenicə baş məşqçi təyin edildiyi rəqib "Şaxtyor"un futbolçularını və məşqçilərini təəccübləndirdi. Soyadları bir yana, heç maykalarında nömrələri də yazılmamışdı. Yığma komanda üçün bu, unikal haldı. Maraqlıdı, görəsən Belarusdan baş hakim Vitali Sevastyanik azərbaycanlı futbolçulara kart göstərərkən, onları necə qeyd edib? Nömrə olmadıqda, görəsən hakimlər futbolçuları hansı "xüsusi əlamətlər"inə görə tanıyırlar?"

Yəni Berti Foqtsu susdurmaq üçün AFFA bu qədər pul verib ki, yığmamızın üzvlərinə nömrələnmiş forma geyindirməyə vəsait tapa bilmirlər?

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər