DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan – Şimali İrlandiya matçının keçiriləcəyi məkan bəllidi. Fanat.Az xəbər verir ki, iyunun 10-da reallaşacaq duelə 8-ci km qəsəbə stadionu səhnə olacaq.
AFFA-nın saytında yer alan məlumatda görüşün start fitinin saat 20.00-da veriləcəyi bildirilib.
Qeyd edək ki, yığmamız Belfastda bu rəqibinə 0:4 hesabıyla uduzub. Matçın qisas xarakterli olacağı şübhə doğurmur.
Fanat.Az