Millimiz "cırtdanlar"ı bir qolla yendi

Millimiz "cırtdanlar"ı bir qolla yendi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün AVRO-2017-nin seçmə mərhələsinə start verilib. Fanat.az хəbər verir ki, yığma komandamız ilk oyununu Farer adalarına qarşı keçirib.
Oyun Farer adalarının Toftir şəhərindəki eyniadlı stadionda baş tutub. Komandamız "Qarabağ"ın yeni transferi Azər Salahlının qolu sayəsində qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan seçmə mərhələdə Almaniya, Avstriya, Rusiya və Finlandiya ilə birlikdə 7-ci qrupda yer alıb. Qrupun növbəti oyunları sentyabrın 4-də keçiriləcək. Azərbaycan həmin gün Almaniyanı, 4 gün sonra Avstriyanı qəbul edəcək.
 
AVRO-2009-un seçmə mərhələsində də Farer adaları ilə qarşılaşan millimiz səfərdə 0:1 hesabı ilə uduzmuşdu. Ev qarşılaşmasında da qələbə qazana bilməyən komandamız 2:2 hesablı heç-heçə etmişdi.
 
AVRO-2017
Seçmə mərhələ
VII qrup
17 iyun
Farer adaları - Azərbaycan 0:1
Qol: Azər Salahlı, 81.
Farer adaları: 1. Elias Rasmussen, 4. Andreas Eriksen (k), 5. Pol Mikkelsen, 6. Qejel Hensen, 10. Hakun Edmundsson (16. Karstin Hoyqaard, 71), 2. Leyvur Yoensen, 3. Benjamin Heynesen, 7. Yoannes Byartalid, 8. Haraldur Hoyqaard, 9. Pol İnqason (15. Gunnar Vatnhamar, 68), 11. Patrik Yohannesen (18. Meynhard Olsen, 85).
Ehtiyat oyunçular: 12. Fridi Siqurdsson, 13. Bartal Vardum, 14. Batuel Hansen, 17. Buy Eqilsson.
Baş məşqçi: Bill Yakobsen.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 15. Cəmil Hacıyev, 20. Azər Salahlı (k), 6. Vüqar Mustafayev, 8. Elşən Abdullayev, 9. Coşqun Diniyev, 10. Orxan Əliyev, 11. Kərəm Benke (18. Vadim Abdullayev, 88), 21. Elnur Cəfərov (19. İlyas Səfərzadə, 90+4).
Ehtiyat oyunçular: 22. Emil Balayev, 13. Tural Hümbətov, 5. Elvin Bədəlov, 17. Elvin Camalov, 23. Vadim Ağarəhimov.
Baş məşqçi: Yaşar Vahabzadə.
Sarı vərəqələr: C.Hacıyev, 11. V.Mustafayev, 35. C.Diniyev, 63. A.Salahlı, 67 - H.Edmundsson, 14. A.Eriksen, 67. B.Heynesen, 85.
Qırmızı vərəqə: A.Eriksen, 90.
Toftir. Toftir stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər