Millimiz estonlara 3 qol vurdu

Millimiz estonlara 3 qol vurdu

Qazaxıstanın Çimkənd şəhərində təşkil olunmuş UEFA-nın inkişaf turnirində iştirak edən 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirib. 

Fanat.az xəbər verir ki, Estoniya yığması ilə görüşdə komandamız 3:0 hesablı qələbə qazanıb. Yığmamızın heyətində Yaiza Reala, Nigar Cəlilli və Kristina Bakarandze fərqləniblər. 

Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Qazaxıstan komandası üzərində 2:0 hesablı qələbə qazanmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər