Milli komandamızdan uğurlu start

Milli komandamızdan uğurlu start
Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə apardığı 4-cü qrupun oyunlarına start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.
Əvvəlcə meydana Ukrayna və Danimarka milliləri çıxacaq. Ukraynalılar 5:2 hesablı qələbə qazanıb.
Millimiz isə Belçikanı sınağa çəkib. İlk yarıda daha yaxşı oyun sərgiləyən komandamı 3 qol vurub. Belçikalılar ikinci yarıda bunlardan birinin əvəzəini çıxıb və millimiz 3:1 hesablı qələbə qazanıb.
 
Avropa çempionatı
Əsas mərhələ
4-cü qrup, I tur
Ukrayna - Danimarka 5:2
Qollar: Mikola Bilotserkivets, 4:10; 8:35. Dmitro Sorokin, 4:59. Denis Ovsyannikov, 9:37; 10:24 - Rasmus Luçt, 13:15. Kevin Yorgensen, 37:10.
Hakimlər: Timo Onatsu (Finlandiya), Lukas Pesko (Slovakiya), Françisko Diaz (İspaniya).
"Sərhədçi" İdman Olimpiya Mərkəzi
Azərbaycan - Belçika 3:1
Qollar: Eduardo, 1:00. Auqusto, 16:01. Fineo De Araujo, 18:56 - Valentin Duyakuyer, 37:34.
Azərbaycan: 1. Laersio Buranello, 6. Eduardo, 8. Rizvan Fərzəliyev (k), 9. Auqusto, 10. Amadeu. 
Ehtiyat oyunçular: 12. Rövşən Hüseynli, 4. Ramiz Çovdarov, 5. Fineo De Araujo, 7. Rəcəb Fərəczadə, 11. Namiq Məmmədkərimov, 14. Vitali Borisov, 15. Rafael, 16. Xətai Bağırov, 17. İsa Atayev.
Baş məşqçi: Faustino Peres.
Belçika: 1. David Morant, 3. Sebastiano Kanaris, 5. Əhməd Sababti, 6. Lusio, 7. Kərim Çaibai (k).
Ehtiyat oyunçular: 1. Gil Klaus, 2. Valentin Duyakuyer, 4. Omar Rahu, 8. Abdelhak El Qaadaui, 9. Saad Salhi, 10. Kərim Bali, 13. Conatan Neukermans, 14. Məhəmməd Dahbi Reda, 16. Nikolas Trussart, 
Baş məşqçi: Alain Dopçi. 
Sarı vərəqələr: Amadeu, 11:39 - Kərim Bali, 35:38.
Hakimlər: Fernando Lumbreas (İspaniya), Françisko Dias (İspaniya), Lukas Pesko (Slovakiya).
"Sərhədçi" İdman Olimpiya Mərkəzi.

№

Komanda

O

Q

H/H

M

T/F

X

1

Ukrayna

1

1

0

0

5-2

3

2

Azərbaycan

1

1

0

0

3-1

3

3

Belçika

1

0

0

1

1-3

0

4

Danimarka

1

0

0

1

2-5

0

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər