Millimiz Ukraynaya uduzdu

Millimiz Ukraynaya uduzdu
21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki,  Rəşad Sadıqovun komandası yığmamız Ukraynanın millisi ilə qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin üzvü Özancan Kökçü 37-ci dəqiqədə meydandan qovulub. Amma qarşılıqlı razılaşmaya əsasən, Kökçünün yeri boş qalmayıb. Rövlan Muradov meydana daxil olub.
Onu da qeyd edək ki, millimiz növbəti yoxlama oyununu noyabrın 19-da səfərdə Bosniya və Herseqovinaya qarşı keçirəcək.
 
Yoldaşlıq oyunu
15 noyabr
Azərbaycan - Ukrayna 0:1
Qol: Nikolo Musolitin, 80.
Qırmızı vərəqə: Özancan Kökçü, 37 (Azərbaycan)
Hakimlər: Rəvan Həmzəzadə, Müslüm Əliyev, Pərvin Talıbov, Kamal Umudlu
"Dalğa Arena”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər