Türkiyə PTT 1-ci liqasında XXIV ü turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Mahir Şükürovun komandası "Karşıyaka" öz meydanında millimizin sabiq hücumçusu Branimir Subaşiçli "Manisaspor"u qəbul edib.
Oyun "Karşıyaka"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Mahirin adı matçın iştirak ərizəsində yer almayıb. Start heyətdə meydana çıxan Subaşiç isə sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Karşıyaka" hazırda 36 xalla 8-ci, "Manisaspor" isə 23 xalla 16-cı pillədə qərarlaşıb.
Fanat.az