Kubokun finalınçılarının Avropaya yolu bağlanır

Kubokun finalınçılarının Avropaya yolu bağlanır
UEFA avrokuboklarla bağlı yeni qərar qəbul edib. Fanat.az xəbər verir ki, qurumun Xorvatiyanın Dubrovnik şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasında milli assosiasiyaların müraciətinə baxılıb.
Qərara alınıb ki, UEFA-nın Klub Yarışları üzrə Komitəsi 2015/16 mövsümündən etibarən Avropa Liqasında dəyişiklik etsin. Dəyişikliklərə əsasən, ölkə kubokunun qalibi Çempionlar Liqasına vəsiqə qazanacağı halda, finalda uduzan komanda avrokuboklara vəsiqə əldə etməyəcək. Bu vəsiqə ölkə çempionatında daha yüksək yer tutan komandaya veriləcək.
Qeyd edək ki, cari mövsümdə "Xəzər Lənkəran" Avropa Liqasına məhz kubokun finalçısı kimi vəsiqə əldə etmişdi. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər