Klub prezidentləri oyun alverinə görə həbs olundu

Klub prezidentləri oyun alverinə görə həbs olundu

Fransanın 2-ci liqasında ötən mövsüm baş tutan 3 oyunun nəticəsinin əvvəlcədən müəyyənləşdirildiyi məlum olub. Fanat.az xəbər verir ki, Fransa polisi buna görə 9 nəfəri həbs edib.

Yerli mətbuatının məlumatına görə, ötən mövsüm baş tutan "Dijon" - "Nimes", "Angers" - "Nimes" və "Kan" - "Nimes" matçlarının nəticələrinə təsir edildiyi müəyyənləşib. Həbs olunanlar arasında "Kan"ın prezidenti Jean-François Fortin, "Nimes"in prezidenti Jean-Mark Konrad və "Dijon"un baş məşqçisi Olivier Dall`Oglio da var.

İddialara görə, "CA Bastiya"nın prezidenti Antoine Emmanuelli, "Kreteil-Lusitanos"un prezidenti Armand Lopes, "Reyms"in baş məşqçisi Jean-Luk Vasseur və "Kan"ın baş məşqçisi Patrik Qarande şahid kimi istintaqa cəlb olunub.

Oyun alqı-satqısı ilə bağlı məlumatı polis "Nimes"in prezidenti Jean-Mark Konradla klubun səhmdarlarından Serje Kasparianın telefon danışığınını dinləyərkən əldə edib. Telefon danışığı zamanı Liqa 2-də qalmağa çalışan "Nimes"in qarşılaşdığı klublara pul təklif etdiyi müəyyənləşib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər