Türkiyənin PTT 1-ci liqasında V turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Davud Kəriminin forma geyindiyi "Fethiyespor" "Ankaraspor"un qonağı olub.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Davud bu turda da heyətə düşməyib. Qapını Sammi Ndyoka həvalə edən Mustafa Ceviz Zekeriya Topayanı ehtiyatda saxlayıb.