"İnter" Premyer Liqanın XII turunda "Xəzər Lənkəran"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, artıq hər iki baş məşqçi start heyətlərini açıqlayıb.
"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze "Sumqayıt" matçı ilə müqayisədə start heyətində 2 dəyişiklik edib. Gürcü mütəxəssis Yohan Bokanyano və Nizami Hacıyevi ehtiyata göndərib. Əvəzində Elvin Məmmədovla Dieqo Madriqala start heyətində yer verib. Elvin bu mövsüm ilk dəfə "11-liy"ə düşüb.
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin də iki dəyişikliyə əl atıb. Zədədən əziyyət çəkən Manuel Skarlatake və Alfred Sanko "18-liy"ə düşməyib. Əvəzində Elnur Abdullayevlə Tural Cəlilov ilk dəqiqələrdən meydanda olacaq.
Fanat.az